"Qarabağ”ın qapıçısı İbrahim Şehiç dəvət aldığı Bosniya və Herseqovina millisində növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, Robert Prosineçkinin yetirmələri ABŞ toplanışı çərçivəsində bu gün səhər saatlarında Meksika ilə qarşılaşıb.
Ağdamlıların qolkiperi bir neçə gün öncə ABŞ-la keçirilən yoldaşlıq görüşündə (0:0) olduğu kimi, yenə meydana start heyətində çıxıb. Lakin bu dəfə fasilədən sonra Kenan Piriçlə əvəzlənib. Oyun isə Meksikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Piriçin qapısına 65-ci dəqiqədə Uqo Ayala yol tapıb.
Fanat.Az