Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana"nın baş məşqçisi Volkan Kahraman Antalyada Azərbaycan Birinci Divizionunda çıxış edən "Xəzər”ə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra müsahibə verib.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Biz də azərbaycanlılardan ibarət bir komanda olduğumuz üçün gözəl görüş
alındı. Oyun təlim-məşq toplanışının son gününə təsadüf etdi, sabah gedirik.
Rəqib çox gözəl, hücum futbolu oynadı. Biz də müdafiəni yaxşı saxladıq. Dostluq
içərisində çox xoş bir matç keçdi.
- "Xəzər”in Azərbaycan çempionatın
Birinci Divizionunda çıxış etdiyini bilirsiniz?
- Yüksək dəstədə?
- Xeyr, Birinci Divizionda...
- Ancaq deyəsən, I pillədədir.
- Komanda 8-ci sırada qərarlaşıb...
- Oradakı səviyyənin necə olduğunu bilmirik. Bizim də hədəfimiz 3-cü liqadan
2-yə çıxmaqdı. Hazırlıq dönəmində bu oyunları çox da ciddiyə almaq lazım deyil.
Ehtimal ki, rəqib də çox çalışdı. Yükləmə olmuşdu. Hər iki komanda yaxşı futbol
sərgilədi.
- Komandanızın azərbaycanlı futbolçusu
Elvin Bədəlovun çıxışından razı qaldınız?
- Elvin bizim üçün önəmli bir futbolçudur. Çox yaxşı işlər görür. Dimtri
Nağıyev də bizimlədi. O, ikinci hissədə meydana çıxdı. Hər ikisi gəncdi.
Gələcəkdə bizə faydaları olacaq.
- Bundan sonra da "Qarabağ
Vyana"da azərbaycanlı futbolçular görə bilərik?
- Əlbəttə, ola bilər. Biz azərbaycanlı, rusiyalı və ya braziliyalılara deyil,
yaxşı futbolçulara baxırıq. Yaxşı oyunçulara qapımız hər zaman açıqdır. Təbii
ki, rəhbərlik azərbaycanlılar olduğu üçün bu istiqamətə daha çox yönələ
bilərik. Bizə
uyğun olanları gördükdən sonra alacağıq.
- "Qarabağ Vyana" yarandığı
gündən 2 liqa yüksəlib. Cari mövsümdə hədəf nədi?
- Hədəfimiz 3-cü liqada yerimizi qorumaqdır. Yeni qaydalar var. 2 və 3-cü
liqada komandaların sayını artırırlar. İlk 3 yeri tutan yuxarı dəstəyə çıxa
bilər. Belə bir vəziyyət varsa, biz niyə etməyək. Hazırda vəsiqə verən pillədən
4 xal geri qalırıq. Yaxşı vəziyyətdəyik, yaxşı transferlər etdik. Bu mövsüm
2-ci liqaya yüksələcəyimizə ümid edirik.
- Oyunlarınızda azərbaycanlı
azarkeşlər sizə dəstək olurlar?
- Azarkeş məsələsindən o qədər də məmnun deyilik. Çox da gələn olmur. Biz
böyüdükcə, onların da sayı artmağa başladı. Əlbəttə, bunun üçün yaxşı stadion,
platforma lazımdır. Məncə, yavaş-yavaş bu iş də həllini tapacaq.
- "Qarabağ Vyana" olaraq
Ağdamın "Qarabağ” komandasını özünüzə örnək götürürsünüz?
- Onları örnək alacaq durumda deyilik. Çünki səviyyə fərqi var. Ağdam
"Qarabağ”ı çox böyük bir klubdu. Çempionlar Liqasında çıxış edirlər. Biz hələ
hədəflərimizin başlanğıcındayıq. Amma təbii ki, bizim rəhbərliyimiz, klubumuz
üçün qürurvericidir.
- Azərbaycanda sizin komandanın
azarkeşləri çoxdur. Çünki "Qarabağ” adı bizim üçün çox önəmlidir. Bu ad sizə
motivasiya verir?
- Təbii ki, biz də komandanın daşıdığı adın önəmini bilirik. Futbolçularımız da
tarixindən, önəmindən xəbərdardırlar. Onsuz da biz bura yalnız pul qazanmaqdan
ötrü gələn futbolcuları istəmirik. Qəlbi ilə klubla çalışacaq oyunçuları uyğun
bilirik. Ona görə də çox yaxşı xarakterli futbolçularımız var.
- Komandanızdakı digər əcnəbilərə
Qarabağ haqda bilgi verirsiniz?
- Əlbəttə, anladırıq. Qarabağın
anlamını hər kəs bilir.
Mənbə:Sport24.az