Antalyada təlim-məşq toplanışıda olan "Qarabağ” bu gün sonuncu yoxlama matçına çıxıb. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionunun rəqibi "Mladost” olub.
Türkiyədəki ilk 5 görüşün heç birində qələbə qazana bilməyən ağdamlıların Monteneqro təmsilçisi ilə qarşılaşması da bərabərliklə başa çatıb. 1:1 hesabı ilə yekunlaşan oyunda ağdamlıların qolunu Mahir Mədətov vurub.
Qeyd edək ki, "Qarabağ” hazırlıq çərçivəsində buna qədər "Kuban” (Rusiya - 2:2), "Lexiya” (Qdansk, Polşa - 1:1), "Şkupi” (Makedoniya - 0:0), "Mariupol” (Ukrayna - 2:3) və "Sarayevo” (Bosniya və Herseqovina - 0:2) ilə oynayıb.
3 fevral
Qarabağ (Azərbaycan) - Mladost (Monteneqro) 1:1
Qol: Mahir Mədətov, 30.
Qarabağ: Anton Kanibolotski, Rəşad Sadıqov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Rahid Əmirquliyev, Riçard Alemyda, Mahir Mədətov, Coşqun Diniyev, Pedro Enrike, Dani Kintana.
Fanat.Az