"Qalatasaray"ın uruqvaylı qapıçısı Muslera Türkiyə daxilində yaşanan hadisələrlə əlaqədar türkcə ismarıc göndərib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Gezi" parkındakı hadisələrə münasibət bildirən qapıçı "Twitter" səhifəsində "Bu gözəl şəhərdə bu hadisələr niyə olur? Ümid edirəm bir an əvvəl bitər və gözəl şəhər əvvəlki vəziyyətinə qayıdar. Qəlbim sizinlədir", mesajını paylaşıb.
İdman24.az