Türkiyədəki təlim-məşq toplanışını başa vurmağa hazırlaşan "Zirə” bu gün axırıncı yoxlama görüşünə çıxıb. Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin 3-cü rəqibi "Haladaş” olub.
İlk iki oyununda 1 qələbə və 1 məğlubiyyətlə yadda qalan Ayxan Abbasovun yetirmələrinin macarlarla qarşılaşması "Arcadia” otelinin meydançasında baş tutub. Üç qolun vurulduğu görüşün bütün topları 1-ci hissəyə təsadüf edib. Öncə 2 qol buraxan "Zirə” Vüsal İsgəndərlinin qolu ilə fərqi azaltsa da, bundan artığına nail olmayıb.
Qeyd edək ki, "Zirə” Antalya toplanışı çərçivəsində ilk iki yoxlama matçında "Volentaru”ya (Rumıniya - 2:0) qalib gəlib, "Avanqard”a (Rusiya - 0:3) isə məğlub olub.
3 fevral
Zirə (Azərbaycan) - Haladaş (Macarıstan) 1:2
Qol: Vüsal İsgəndərli, 16
Zirə: Kamal Bayramov, Yovan Krneta, Adil Nağıyev, Sadiq Quliyev, Tellur Mütəllimov, Aleksandr Şemonayev, Elşən Abdullayev, Vüsal İskəndərli, Milan Duriç, İlkin Muradov, Riçard Qadze.
Haladaş: Qabor Kiraly, Stef Uils, Zaboloş Şhimmer, Predraq Bosnyak, Milan Nemet, Lorant Kovaç, Mark Yaqodiks, Karol Mezaroş, Ras Barnabas, Ramos Müke, Peter Halmoş.
Fanat.Az