Futzal üzrə Avropa çempionatının final mərhələsinin III turunun təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, millimizin İspaniya ilə sabah keçiriləcək görüşünü 3 ölkədən olan hakilər idarə edəcək.
Beelə ki, qarşılaşmanın 1-ci hakimi rusiyalı Vladimir Kadikov olacaq. 2-ci hakim funksiyasını sloveniyalı Admir Zahoviç yerinə yetirəcək. İtaliyalı Alessandro Malfer 3-cü hakim olacaq.
Qeyd edək ki, Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Fanat.Az