İspaniya Lqa Liqasında daha bir baş məşqçi istefası reallaşıb. Fanat.Az "Deportivo"nun baş məşqçisi Kristobal Parralo istefaya göndərilib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərarı Direktorlar Şurası qəbul edib.
Kristobal Parralo "Deportivo"ya 24 oktyabr 2017-ci il tarixindən rəhbərlik edirdi. O, bu postda Pepe Meli əvəz edib.
Komandanın La Liqada qələbəsiz oyunlar seriyası 7 matça çatıb. Klub son turda səfərdə "Real Sosyedad"a 0:5 hesabı ilə məğlub olub.
"Deportivo" hazırda turnir cədvəlində 22 matçdan sonra təhlükəli zonadadır - 18-ci yer.
Fanat.Az