"Neftçi" və "Sumqayıt"ın əvəzedici komandaları təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşündə üz-üzə gəliblər. Fanat.Az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşmada qollu bərabərlik qeydə alınıb.
Meydan sahiblərinin heyətində Qurban Hüseynov və Camal Camalov fərqləniblər. Bakılılar isə buna Fərid Mahmudov və Azər İsmayılovun qolları ilə cavab veriblər - 2:2.
Fanat.Az