Azərbaycan Kubokunun təqvimində dəyiişiklik ediləcək. Fanat.Az xəbər verir ki, buna səbəb prezident seçkiləri olub.
Belə ki, bu gün prezident İlham Əliyev aprelin 11-də növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Həmin gün isə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilməli idi. Bu səbəbdən oyunların vaxtı dəyişdiriləcək.
Qeyd edək ki, kubokun yarımfinal mərhələsində "Qəbələ" "Neftçi", "Keşlə" "Sumqayıt"la qarşılaşacaq.
Fanat.Az