"Başakşəhər"in "Konyaspor"la oyununun son dəqiqələrində Əmrə Bələzoğlu qırmızı vərəqə alıb.
Fanat.Az xəbər verir ki, məsələ ilə bağlı ilginc iddialar irəli sürülüb.
Futbolçunun görüşün baş hakimi Halis Özkahyaya söyüş söydüyü üçün ikinci sarı vərəqə aldığı və meydandan qovulduğu bildirilir.
Türkiyənin tanınmış idman şərhçisi Məhməd Dəmirkol söyüş olduğu halda Əmrəni 6 oyunluq cəza gözlədiyini qeyd edib.
İlginc iddia isə keçmiş hakim Əhməd Çakar tərəfindən deyilib. O, Bələzoğlunun "Fənərbaxça" ilə oyundan əvvəl planlı şəkildə qırmızı vərəqə aldığına söz atıb.
Futbolçunun meydan qovulmaq üçün bilərəkdən şərait yaratdığına işarə vurub.
Qeyd edək ki, futbolçunun 1 oyunluq cəzaya məruz qalacağı gözlənilir. Lakin görüşün baş hakimi protokola söyüş qeyd edibsə, cəza müddəti arta bilər.
Fanat.Az