"Keşlə" daha bir futbolçunu heyətinə qatıb. Fanat.Az xəbər verir ki, Bakı klubu sabiq futbolçusu Sezar Meza Kolli ilə mövsümün sonunadək anlaşma əldə edib.
Beləliklə, paraqvaylı futbolçu 4-cü dəfə Azərbaycan klublarına transfer olunub. Belə ki, Meza Kolli 2013-cü ildə "İnter"ə (indiki "Keşlə") gəlib. 2015-ci ilədək Bakı klubuna məxsus olan yarımmüdafiəçi ağır zədədən sonra özünə gələ bilməmiş və ölkəmizi tərk etmişdi. Bir müddət klubsuz qalan paraqvaylı futbolçu 2016-cı ilin əvvəlində yenidən Bakı klubuna dönmüşdü. əmin ilin avqustunda isə "Zirə"y transfer olunmuşdu. O, indiyədək "Keşlə"nin (həmin vaxt "İnter") heyətində 47 oyun keçirərək 5 qol vurub. "Zirə"də isə 22 oyuna çıxaraq 4 dəfə fərqlənib.
Sezar ölkəmizə gəlməzdən əvvəl İtaliyanın "Cesena" və "Paviya", İsianiyanın isə "Alaveş" klublarında çıxış edib.
Qeyd edək ki, Sezarın böyük qardaşı Derlis Meza Kolli də uzun müddətdi Azərbaycanda çıxış edir. 2013-2015-ci illərdə indiki "Keşlə"nin formasını geyinən (67 oyun, 4 qol) 29 yaşlı yarımmüdafiəçi 2015/16 mövsümünün ilk yarısında "Qəbələ"də çıxış edib (10 oyun, 1 qol). Sonradan bir müddət Paraqvayın "Serro Porteno" klubunda top qovan Derlis cari mövsümün əvvəlində "Neftçi"dədi (15 oyun, 1 qol).
Derlis də əvvəllər qardaşı kimi İtaliyanın "Cesena" və "Paviya", həmçinin Yunanıstanın "Atromitos", "Etnikos", "PAS Giannina" və "Messiniakos" klublarında oynayıb.
Fanat.Az