"İnyestanı, Messini, Suaresi, Busketsi əvvəllər televizorda və "PlayStation”da görürdüm. "Barselona”nın ulduz futbolçuları ilə yanaşı oynamaq möhtəşəm duyğudu”. Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"dan "Barsa”ya keçən Filipp Koutinyo deyib.
Braziliyalı yarımmüdafiəçi yeni iş yerindən məmnunluğunu dilə gətirib: "İnyesta dahidi. Messi dünyanın ən yaxşı futbolçusudu. O, istənilən oyunun taleyini təkbaşına həll edə bilər. Suares əsl futbol ulduzudu. Bura uyğunlaşmağıma çox kömək etdi. Hər şeydən məmnunam”.
Fanat.Az