"Mançester Yunayted”in hücumçusu Aleksis Sançesə 16 aylıq həbs cəzası kəsilib.
Fanat.Az "The Sun”a (San) istinadən xəbər verir ki, cəza vergidən yayınmanın nəticəsidi. Belə ki, futbolçu "Barselona”da oynadığı dönəmdə İspaniya qanunlarını pozub. Cəza şərti olduğundan, ön xətt oyunçusu dəmir barmaqlılqlar arasına göndərilməyəcək. Aleksis 1,25 milyon avrosundan keçməli, başqa sözlə, bu məbləği ödəməlidi.
Fanat.Az