Bosniya və Herseqovinanın əfsanəvi qapıçısı Slobodan Yanuş "Qarabağ”ın qolkiperi İbrahim Şehiçi ölkənin ən yaxşı əlcək sahibi saydığını dilə gətirib.
Fanat.Az xəbər verir ki, Yanuş yerli mətbuata müsahibəsində belə deyib: "Şehiç və Beqoviçdən başqa, Kenan Piriç və Qoran Karaçiç kimi istedadlı gənc qapıçılarımız da var. Buna görə şadam. Hər biri yaxşı gələcək vəd edir. Məncə İbrahim ölkənin bir nömrəli qapıçısıdı. Asmir Beqoviçdən də üstün keyfiyyətlərə malikdi. Məni səhv başa düşməsinlər, Beqoviçin İngiltərə Premyer Liqasındakı çıxışını və səviyyəsini aşağılamaq niyyətim yoxdu. Amma Şehiç xal qazananqapıçıdı. O, bunu Çempionlar Liqasındakı möhtəşəm oyunları ilə hər kəsə göstərdi. Şehiçin keyfiyyətli qapıçı olması ilə bağlı fikrimi ən yaxşı baş məşqçilərdən olan Dieqo Simeone də dəstəkləyir. Millinin qapıçı-məşqçisi Kenan Hasagiçə yox, baş məşqçisi Robert Prosineçkiyə məsləhətim budur ki, Şehiçə şans versin”.
Fanat.Az