"Mançester Yunayted” çempion ola bilər. Amma gələn mövsüm”. Fanat.Az xəbər verir ki, bu sözləri "manikunianlar”ın əfsanəsi Rayan Giqqz deyib.
O, Joze Mourinyonun Pol Poqbanı yarımmüdafiənin solunda oynatmalı olduğunu bildirib: "Məncə, MY üçün ən yaxşı düzüm 4-3-3-dü. Mourinyonun sərəncamında sürətli futbolçular çoxdu. Komandanın hücum potensialı ürəkaçandı. Bəzi futbolçulardan isə daha çox şey ala bilər. Məsələn, Poqbanı düz oynatmır. Yarımmüdafiənin solunda oynatsa, onun müdafiəyə davamlı şəkildə yardım etməsini istəməsə, Pol "Yuventus”dakı kimi oynayar. Yanvarda "Everton”a qarşı belə oynamışdılar. 2:0 hesabıyla qalib gəldikləri görüşdə Poqba meydanın ən yaxşısıydı. Hətta deyərdim ki, möhtəşəm çıxışla yadda qaldı. Bəli, Matiç mərkəzdə dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirməli, Ander Errera isə yarımmüdafiənin sağında qərarlaşmalıdı. Poqba müdafiəyə təhkim olunsa, batıb gedəcək”.
Fanat.Az