12:36 09.02.2018 1545

Qurban Qurbanov: "Billiatın "Qarabağ"a transferi 50 faizdi"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Antalyadakı təlim-məşq toplanışından sonra komandanızın durumu istənilən səviyyədədirmi?
- Qane edən futbolçuların istəkli olmasıdır. Çempionatın ikinci yarısına pis hazırlaşmadılar. Amma təlim-məşq toplanışında hər şey istədiyimiz kimi olmur. Çatışmazlıqlar olur və bu normal haldır. Proqramımız üzrə çalışdıq və düşündüklərimizin hamısını olmasa da, müəyyən qədərini etdik.

- Təlim-məşq toplanışından sonra adətən klublar öz oyununu tam göstərə bilmir. Çempionatın ikinci yarısında açılış matçında da birinciliyi iki iddialı komanda "Qarabağ” və "Qəbələ” üz-üzə gələcək. Fasilədən sonra ilk matç olduğunu nəzərə alsaq, komandaların ifasında nə qədər maraqlı oyun görə bilərik?
- Düz qeyd etdiniz ki, toplanışdan sonra adətən komandalar tam öz oyunundan uzaq olur. Hardasa 3-4 turdan sonra komanda oyununu tapır. Həqiqətən iki lider komanda üz-üzə gələcək. Bizim aramızda həmişə maraqlı, gərgin oyun keçib və bu dəfə də eynisinin olacağına ümid edirəm.

- Bu matçı mövsümün oyunu adlandırmaq olar? Çünki aradakı xal fərqi bir az da çoxalsa, böyük ölçüdə çempionluğun taleyinə aydınlıq gələcək...
- Ümumiyyətlə, "Qarabağ” və "Qəbələ” arasında hər zaman maraqlı oyun olur. Bu bütün matçlar üçün keçərlidir. Yəni təkcə qarşıdan gələn oyuna aid deyil. Amma bu oyunla çempionluq bitir və ya yenidən başlayır kimi fikrim yoxdur. 3 xallıq sistemdə hər şey ola bilər. Hər bir məğlubiyyət digər rəqibə üstünlük verir. Biz həmişə çalışmışıq ki, komanda düzgün futbol oynasın. Məğlub da ola bilərik. Lakin öz futbolumuzu meydanda göstərməliyik. Nəticəyə gəlincə, qarşıda çox oyunlar var. "Qəbələ” ilə oyunda 3 xal çox vacibdir. Amma bu matça uduzsaq, belə olar, udsaq, başqa cür deyə yanaşmayacağıq. "Qəbələ” güclü və iddialı komandadır. Onlara hər zaman hörmət etmişik. Komandamı da həmişə onlara qarşı yaxşı kökləməyə çalışmışam.

- Fasilə zamanı komandadan Dino Ndlovu və Tarik Elyunussi kimi futbolçular getsə də, yerlərinə transfer olmadı. Siz isə həmişə deyirsiniz ki, əlimin altında nə qədər çox oyunçu olsa, o qədər yaxşıdır...
- Onların getməyinin də, yeni futbolçu götürməməyiniz də səbəbləri var. Əgər transfer etmədiksə, bu o demək deyil ki, axtarışda deyilik. Axtarırıq və çox futbolçu ilə maraqlanmışıq. Danışıqlar da aparmışıq. Lakin əldə edə bildiyimiz, razılaşdığımız oyunçular yoxdur. Bəzən klubla, bəzən futbolçunun özü ilə problemlər yaşanıb. Digər tərəfdən komandada oyunçuların sayı da az deyil. 20-yə yaxın futbolçumuz var. Həm də çempionatın ikinci yarısında cəmi 14 oyunumuz olacaq. Matçların sayı azdır. Bu səbəbdən də elə də narahatçılıq keçirmirəm. Təkcə narahat olduğum məsələ odur ki, zədəli oyunçularımız var və onlar ilk oyuna tam hazır olmayacaqlar.

- Nldovunun gedişindən sonra Mahir Mədətovla Ramil Şeydayev onu əvəz edə biləcək?
- Bu indi belə deyil. Ndlovu burda olarkən də Ramil, Mahir və ya digər oyunçular onun mövqeyində oynayıblar. Komandada istək, hər şey qarşılıqlı olsa, daha keyfiyyətli iş çıxır ortaya. Əlimizdə olan futbolçularla boşluğu doldurmağa çalışacağıq. İndiyə qədər futbolçularımız tələblərimizi yerinə yetirməyə çalışıblar.

- Zimbabveli hücumçu Xama Billiat haqqında danışsanız da, bu məsələ Cənubi Afrika Respublikasında hər günün müzakirə mövzusudur. Onunla hər hansı danışıq olubmu?
- Bu futbolçu gündəmimizdə olub. Dəfərlərlə qeyd eləmişəm ki, hər "transfer pəncərəsi” zamanı 10-15 futbolçu ilə maraqlanırıq. Bəzən danışıqlar aparırıq, bəzən klubu ilə məsələyə aydınlıq gətiririk.

- Klubu həqiqətən Billiat üçün 2,5 milyon avro istəyib?
- Məbləği şişirdiblər. Düzdür, onun klubu bizdən transfer pulu istəmişdi. Amma 2,5 milyon avro deyil. Hər bir halda danışıqlar oldu, maraqlandıq və məsələ açıq olaraq qalır. Bu gün üçün tam gündəmdə deyil.

- Amma Billiatı "Qarabağ”da görə bilərik?
- 50/50-yədir. Olma ehtimalı da var idi, olmama ehtimalı da var.

- Riçard Almeydanın "Bursaspor”a transferi gündəmdə idi. Türkiyə klubu onu istədiyini, lakin "Qarabağ”ın buna icazə vermədiyini bildirmişdi...
- Kluba hər hansı rəsmi təklif gəlsəydi, mənim xəbərim olardı. Bu məsələdə elə də ciddi müzakirələr və ya danışıqlar olmadı. 

Mənbə: qafqazinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

Facebookdan bizi izləməyi unutmayın.
X