13:44 09.02.2018 1424

Aslan Kərimov: "Qurbanovun nüfuzunun artması bizim məşqçilərə də yol aça bilər"

"Əminliklə söyləyirəm ki, bilik və savad baxımından azərbaycanlı mütəxəssislər zəif deyillər. Nəinki keçmiş SSRİ məkanında, hətta İspaniyanın özündə belə futbol savadı bizimkilərdən güclü olmayan mütəxəssislərə etimad göstərilir, onlara komanda tapşırılır".

Bu fikri sportline.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov səsləndirib.

Azərbaycanlı məşqçilərin ölkə xaricindən təklif almamasına münasibət bildirən Kərimov bunun səbəblərini belə izah edib: "Sanki daşlamış stereotiplər var. Misal üçün, braziliyalı futbolçu deyəndə hamının gözünün önünə texnikalı futbolçu gəlir. Halbuku orda da xeyli artıq çəkisi olan, yöndəmsiz, oynamağı bacarmayan futbolçular var. Bu məqam futbolun marketinq tərəfidir. İstər-istəməz qəbul etməliyik ki, Gürcüstan futbolu Qafqaz ölkələri arasında lider olub, bizi xeyli qabaqlayıblar. Bu baxımdan da gürcü məşqçinin hardasa özünə iş tapması, etibar qazanması daha asan olur, nəinki azərbaycanlının. Eyni sözləri ukraynalılar haqda da demək mümkündür. Onlara inanırlar. Futbolda böyük nailiyyətimiz olmadığına görə bizə inamsızlıq yaranıb. Lap elə futbolu yaxşı bilsən, istedadlı olsan belə, sənə etimad göstərməyi risk sayırlar. Qurban Qurbanov nümunəsinə baxaq. Artıq özünü sübut etməyi, yetərincə ciddi uğurlar qazanmağı bacarıb. Bunu hamı qəbul edir. Amma heç kim təminat verə bilməz ki, Qurban müəllim Türkiyədə hansısa klubu çalışdırsa, orda uğur qazanacaq. Qazanmaya da bilər. Klaudio Ranyeri çempion oldu, sonra başqa nailiyyəti olmadı. Belə misallar var. Bu baxımdan ölkədən çıxan məşqçilərin imici vacibdir. Daha sonra isə məşqçinin bir qədər bəxti də olmalıdır. Ciddi sözümdür. Təkcə savadlı və istedadlı olmaq yetmir. Futbolda bəxt amili də rol oynayır. Bu baxımdan indiki şəraitdə azərbaycanlı məşqçinin ölkədən kənara çıxıb, işləməsi bir qədər çətin görünür. Bəlkə də, "Qarabağ”ın uğurları, Qurban Qurbanovun nüfuzunun artması bizim məşqçilər üçün də gələcəkdə hansısa yollar açacaq".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

Facebookdan bizi izləməyi unutmayın.
X