Fransa I Liqasında PSJ-nin "Tuluza" ilə oyunu təxirə düşə bilər. Fanat.Az xəbər verir ki, buna səbəb fermerlərin keçirdiyi boykotdur.
Ölkənin kənd təsərüffatı ilə bağlı siyasətinə qarşı çıxan fermerlər kombaynlar ilə magistral yolu tutublar. Onların yolda təkər yandırıb, polislərlə münaqişəyə girməsi Tuluza şəhərində qarışıqlığa səbəb olub.
Bu səbəbdən "Tuluza" - PSJ oyununun təxirə salınacağı gündəmdədir.
Fanat.Az