Çempionlar Liqasında 1/8 final həyəcanı başlayıb. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün əsas matçı Turində "Yuventus”la "Tottenhem" arasında keçirilib. Tərəflərin avrokuboklarda ilk dueli kimi tarixə düşən qarşılaşmada 4qol vurulsa da, qalib müəyyənləşməyib. İlk 9 dəqiqədə iki qol vuran "Yuventus" sonradan üstünlüyü itirib. Hətta ilk iki qolun müəllifi Qonzala Hiquayn birinci hissənin sonunda penaltini boşa verib.
Digər qarşılaşmada isə "Bazel” Çempionlar Liqasının favoritlərindən olan "Mançester Siti”ni qəbul edib. Bu oyunda gözlənildiyi kimi qonaqlar asan qələbə qazanıb. Rəqib qapısına 4 cavabsız qol vuran "Mançester Siti" cütün taleyini ilk oyunda həll edib.
Qeyd edək ki, sabah bu mərhələnin "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) və "Real" (İspaniya) - PSJ (Fransa) oyunları baş tutacaq. Gələn həftə isə daha 4 qarşılaşma keçiriləcək. Həmin oyunlarda "Çelsi" (İngiltərə) "Barselona"nı (İspaniya), "Bavariya" (Almaniya) "Beşiktaş"ı (Türkiyə), "Sevilya" (İspaniya) "Mançester Yunayted"i (İngiltərə), "Şaxtyor" (Ukrayna) isə "Roma"nı (İtaliya) qəbul edəcək.
Çempionlar Liqası
2017/18 mövsümü
1/8 final (ilk oyunlar)
13 fevral
Yuventus (İtaliya) - Tottenhem (İngiltərə) 2:2
Qollar: Qonzalo Hiquayn, 2; 9-pen - Harri Keyn, 35. Kristian Eriksen, 72.
İstifadə olunmayan penalti: Hiquayn, 45.
Yuventus: Buffon, De Skiqlio, Çyellini, Benatia, Sandro, Pyaniç, Kedira (Bentankur, 66), Kosta (Asamoah, 90+2), Bernardeşi, Hiquayn, Mandzukiç (Sturaro, 76).
Ehtiyat oyunçular: Şensi, Ruqani, Marçisio, Muratore.
Baş məşqçi: Massimiliano Allegri.
Tottenhem: Lloris, Vertonqen, Sançez, Aurier, Davies, Dier, Dembele, Alli (Min Son, 83), Eriksen (Vanyama, 90+2), Keyn, Lamela (Moura, 89).
Ehtiyat oyunçular: Qazzaniqa, Trippier, Rose, Sissoko.
Baş məşqçi: Maurisio Poçettino.
Sarı vərəqələr: Benatia, 45. Hiquayn, 60. Bentankur, 80 - Davies, 8. Aurier, 47.
Baş hakim: Feliks Brix (Almaniya).
Turin. "Yuventus" stadionu.
Bazel (İsveçrə) - Mançester Siti (İngiltərə) 0:4
Qollar: İlkay Gündoğan, 14; 53. Bernardo Silva, 18. Serxio Aquero, 23.
Bazel: Vaklik, Lakroix, Lanq, Suşi, Frey, Stokker (Ajeti, 71), Die, Riveros, Haka, Oberlin, Elyunussi (Bua, 85).
Ehtiyat oyunçular: Salvi, Zuffi, Manzambi, Petretta, van Volfsvinkel.
Baş məşqçi: Rafael Vikki.
Mançester Siti: Ederson, Ualker, Kompani, Otamendi, Sterlinq (Sane, 57), Gündoğan, de Bruyne (David Silva, 63), Delp, Bernardo Silva, Fernandinyo, Aquero (Danilo, 85).
Ehtiyat oyunçular: Bravo, Stones, Laporte, Foden.
Baş məşqçi: Pep Qvardiola.
Sarı vərəqələr: Haka, 38. Die, 89 - Fernandinyo, 63.
Baş hakim: Yonas Eriksson (İsveç).
Bazel. "Sankt-Yakob Park".
Fanat.Az