Sabah Avropa Liqasının 1/16 final mərhələsinin 15 qarşılaşması keçiriləcək. Bunlardan birində İspaniyanın "Atletiko" və Danimarkanın "Kopenhagen" klubları üz-üzə gələcək.
Fanat.Az xəbər verir ki, İspaniyanın məşhur "Marca" qəzeti oyunla bağlı yazı dərc edib. Qəzet yazını "Qarabağ"ın qurbanlarının qarşılaşması" başlığı ilə yayımlayıb.
Yazıda "Qarabağ"ın "Atletiko"nun Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmasına mane olduğu qeyd edilib. Belə ki, Ağdam klubu madridlilərlə hər iki oyunda heç-heçə edərək (0:0, 1:1) edərək onların 4 xal itirməsinə və beləliklə Çempionlar Liqasından kənarda qalmasına səbəb olub.
"Qarabağ" "Kopenhagen"i turnirin pley-off mərhələsində mübarizədən kənarlaşdırıb. Evdəki ilk oyunda qələbə qazanan (1:0) Azərbaycan çempionu səfərdə yenilsə də (1:2), səfər qələbəsi sayasində tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol