Azərbaycan çempionatının I divizionunda XIV turun sabah keçiriləcək oyunları üçün bütün təyinatlar açıqlanıb. Fanat.Az xəbər verir ki, mövsümün ikinci yarısının ilk görüşlərini idarə edəcək hakimlər, həmçinin onların işinə qiymət verəcək hakim-inspektorlar bəlli olub.
Bakıda keçiriləcək "Xəzər” – "Sabah” oyununu İnqilab Məmmədov idarə edəcək. Premyer Liqanın son turunun "Qarabağ”la "Qəbələ” arasında mərkəzi qarşılaşmasının referisi bu dəfə aşağı dəstədə iş başında olacaq.
Turnir cədvəlinin ilk yarısında yer alan "Turan Tovuz”la MOİK arasında görüşdə isə Rəşad Əhmədov fit çalacaq.
I divizion
XV tur
15 fevral
15.00 "Turan Tovuz” – MOİK
Hakimlər: Rəşad Əhmədov, Yaşar Abbasov, Rza Məmmədov, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Şakir Əmrahov
Hakim-inspektor: Nemət Mahmudov
Tovuz şəhər stadionu
15.00 "Xəzər” – "Sabah”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Azər Əsgərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Akif Əliyev
"İnter Arena”
Fanat.Az