Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Fanat.Az xəbər verir ki, bu gecə 15 qarşılaşma baş tutub.
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırdığı "Kopenhagen" təmsilçimizin qrupda iki heç-heçə etdiyi "Atletiko"nu qəbul edib. Hesabı danimarkalılar açsa da, ispanlar 4:1 hesablı qələbə qazanıb.
İddialılardan "Arsenal" "Ostersun"u, "Milan" "Ludoqorets"i, "Marsel "Braqa"nı 3:0. Dortmund "Borussiya"sı "Atalanta"nı 3:2 hesabı ilə yenib. "Lion" evdə "Vilyarreal"ı, "Leypziq" səfərdə "Napoli"ni 3:1 hesabı ilə məğlub edib. "Latsio" isə rəqib meydanında "Styaua"ya yenilib - 0:1.
Post-sovet məkanı təmsilçilərindən Rusiya "Lokomotiv"i səfərdə "Nitsa"nı 3:2 hesabı ilə yenib, "Spartak" doğma meydanda "Atletik"ə uduzub - 1:3. Digər Rusiya klubu "Zenit" səfərdə "Seltik"ə 0:1 hesabı ilə yenilib. "Astana" doğma divarlar arasında "Sportinq"ə 1:3 hesabı ilə yenilibsə, Kiyev "Dinamo"su səfərdə AEK-lə "sülh"ə razılaşıb - 1:1.
"Real Sosyedad" "Zalsburq"la 2:2, "Partizan" "Viktoriya" ilə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, bu mərhələnin bir görüşü fevralın 13-də keçirilib. "Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya) matçı qolsuz bərabərliklə nəticələnib.
Avropa Liqası
2017/18 mövsümü
1/16 final (ilk oyunlar)
13 fevral
Srvena Zvezda (Serbiya) - ÇSKA (Moskva, Rusiya) 0:0
15 fevral
Astana (Qazaxıstan) - Sportinq (Portuqaliya) 1:3
Qollar: Tomasov, 7 - Fernandes, 47-pen. Martins, 50. Dumbia, 56.
Qırmızı vərəqə: Loqvinenko, 62 (Astana).
Borussiya (Dortmund, Almaniya) - Atalanta (İtaliya) 3:2
Qollar: Şkürrle, 30. Batşuayi, 65; 90+1 - İliçiç, 51; 56.
Ludoqorets (Bolqarıstan) - Milan (İtaliya) 0:3
Qollar: Kutrone, 45. Rodriges, 66-pen. Borini, 90+2.
Marsel (Fransa) - Braqa (Portuqaliya) 3:0
Qollar: Germain, 4; 69. Tauvin, 74.
Nitsa (Fransa) - Lokomotiv (Rusiya) 2:3
Qollar: Balotelli, 4; 28-pen - Fernandes, 45; 69; 77.
Qırmızı vərəqə: Koli, 67 (Nitsa).
Ostersun (İsveç) - Arsenal (İngiltərə) 0:3
Qollar: Monreal, 13. Uelbek, 24. Məsut Özil, 58.
Real Sosyedad (İspaniya) - Zalsburq (Avstriya) 2:2
Qollar: Odriozola, 57. Canuzay, 80 - Oyarzabal, 27 (avtoqol). Minamino, 90+4.
Spartak (Moskva, Rusiya) - Atletik (İspaniya) 1:3
Qollar: Adriano, 60 - Aduriz, 22; 39. Riko, 45+1.
AEK (Yunanıstan) - Dinamo (Ukrayna) 1:1
Qollar: Ajdereviç, 80 - Çıqankov, 19.
Seltik (Şotlandiya) - Zenit (Rusiya) 1:0
Qol: Makqreqor, 78.
Kopenhagen (Danimarka) - Atletiko (İspaniya) 1:4
Qollar: Fişçer, 15 - Nigues, 21. Qameyro, 37. Vitolo, 77.
Styaua (Rumıniya) - Latsio (İtaliya) 1:0
Qollar: Qohere, 29.
Lion (Fransa) - Vilyarreal (İspaniya) 3:1
Qollar: Ndombele, 46. Fekir, 50. Depay, 82 - Fornals, 62. Qrizmann, 71.
Napoli (İtaliya) - Leypziq (Almaniya) 1:3
Qollar: Ounas, 52 - Verner, 61; 90+3. Bruma, 74.
Partizan (Serbiya) - Viktoriya (Çexiya) 1:1
Qollar: Tavamba, 58 - Rejnik, 81.
Qırmızı vərəqə: Mitroviç, 85 (Partizan).
Fanat.Az