19:00 15.02.2018 1605

Bəxtiyar Soltanov: “Xəzər” Premyer Liqa klublarından o qədər də geri qalmır”

I divizionun XIV turunda "Sabah"ı 3:0 hesabı ilə yenən "Xəzər"in futbolçusu Bəxtiyar Soltanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az 73-cü dəqiqədə komandasının üçüncü qolunu vuran futbolçu əvvəlcə oyunla bağlı fikirlərini bildirib.

- Fasilədə komandaya çox sayda yeni futbolçu qoşulub. Əlimizdən gələni etməyə çalışdıq ki, qələbə qazanaq. İlk oyunlar həmişə çətin olur. Ən yaxşı oyunlarımızdan birini oynayıb, qələbə qazandıq. Bundan sonrakı oyunlarda da bütün gücümüzü meydana qoyub uğurlu nəticələr qazanmağa çalışacağıq.

- Qol vurduğun epizodu şərh edərdin. Necə baş verdi?
- İlk hissədə də qol vurmaq üçün şansım olmuşdu. Yararlana bilməmişdim. İkinci hissədə dedim ki, bu dəfə də özüm nəsə edim. Topu soluma çəkib zərbə vurdum və uğurlu oldu. 

- Antalya toplanışında demişdin ki, fiziki cəhətdən az qədər əskik var. Necə düşünürsən, bu artıq aradan qalxıb?
- Komandanın vəziyyəti yoxlama oyunlarından sonra xeyli yaxınlaşıb. Baş məşqçi də, bütün futbolçular da əlindən gələni edir ki, nəticələr uğurlu olsun.

- Birinci hissədə nə çatmadı fasilədən sonrakı oyunu göstərməyə?
- Əvvəlcə bir o qədər də risk etmirdik. Rəqibin zəif cəhətlərini axtarırdıq. Bununla belə, yenə imkanlarımız var idi. Deməzdim pis oynadıq. Ancaq fasilədən sonra komanda, həqiqətən də daha yaxşı idi.

- Fasilədə baş məşqçi birinci hissədəki oyuna görə çox irad tutmadı ki?
- Elə çox deyildi. Yəni bu belə bir şeydi ki, komanda içində olub.

- Ən çox nədən narazı qaldığını dedi?
- Əsas daha sürətli oynamağımızı istədi. Tapşırdı ki, müdafiədən hücuma daha tez çıxmaq lazımdı. Bunu da eləməyimiz sayəsində nəticə qazandıq.

- Uzun müddət Premyer Liqada oynamısan, indi I diviziondasan. Burdakı ab-hava necədi?
- Temp həminki kimi deyil, amma deməzdim ki, çox aşağıdı. Çünki butün klublar güclü futbolçular cəlb edirlər. Məncə, "Xəzər” Premyer Liqa komandalarından o qədər də geri qalmır. Hamı gördü ki, Türkiyədə toplanış keçdik. İndi bizə yaradılan şəraitin qarşılığını vermək üçün əlimizdən gələn hər şeyi edəcəyik.

- Səncə, "Xəzər” bu güclə Premyer Liqada oynaya bilərmi?
- Bu barədə əvvəldən nəsə demək istəmirəm. Düzdü, bəzi komandalara qarşı oynamışıq, pis də alınmayıb, amma Premyer Liqa bir qədər başqa səviyyədi.

- Komandanızın I diviziondakı mövqeyi o qədər də yaxşı deyil...
- İndi əvvəlki uşaqların zəif oynadığını demək istəmirəm. Komandamız yenilənib, təzə baş məşqçi gəlib, sistem dəyişilib. Bu da öz nəticəsini verir.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X