Çempionlar Liqasının 1/8 finalının ilk oyununda dünən PSJ-ni 3:1 hesabıyla yenən "Real”ın superulduzu Kriştiano Ronaldo qələbəni şərh edib.
Fanat.Az "Marka”ya istinadən xəbər verir ki, dubl edərək bir klubun formasıyla ÇL-də 100 qol vurmuş ilk futbolçu adını qazanan portuqaliyalı belə deyib: "Yaxşı başlasaq da, qapımızda qol gördük. Qorxulu bir şey yox idi. Bilirdik ki, vəziyyəti xeyrimizə dəyişəcək gücdəyik. PSJ üç mükəmməl hücumçusu olan, təhlükəli komandadı. Ancaq bu rəqibə qarşı oynamağa hazır idik. Əlbəttə, penaltinin də bizə köməyi dəydi. Fasiləyə hesabı bərabərləşdirərək yollanmaq həmişə xoşdu. Ola bilsin, azarkeşlər ikinci yarıda bizdən başqa oyun gözləyirdilər. Amma PSJ-dən yaxşı oynadığımız faktdı. Bu gün biz xüsusi komandayıq. Çünki futbol belədi. Önəmli oyunda hədəfə çatanda xüsusiləşirsən. Qarşıda cavab oyunu var. Parisdə qələbə qazanmaq növbəti hədəfimizdi”.
Fanat.Az