Kamran Quliyevin "Neftçi”nin prezidenti təyin olunması təsdiq edilib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
K.Quliyev bu gün istefa verən Orxan Hüseynzadəni əvəzləyib.
Qeyd edək ki, Kamran Quliyev bu təyinatadək "Sumqayıt" klubunun prezidenti vəzifəsində çalışıb.
***
13.24
"Neftçi”nin prezidenti Orxan Hüseynzadənin istefasının təfərrüatları məlum olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, 42 yaşlı futbol funksionerinin paytaxt kubundan gedişini SOCAR istəyib.
Hüseynzadənin "ağ-qaralar”dakı işi klubun təsisçisini qane etməyib. Buna görə də, onun "Neftçi”dən uzaqlaşdırılmasına qərar verilib.
Hüseynzadəni bu postda əvəzləyəcək şəxs də artıq məlumdu. Belə ki, bu gün "Sumqayıt”ın prezidenti vəzifəsindən istefa verən Kamran Quliyev bundan sonra "Neftçi”də eyni işi görəcək.
Onun "gənclik şəhəri” təmsilçisindən ayrılması da məhz bununla bağlıdı.
Fanat.Az