Kamran Quliyevin ardınca "Sumqayıt"dan "Neftçi"yə daha bir transfer olacaq.
Aut.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Sultanov da Bakı klubunda çalışacaq. Bildirilir ki, Ceyhun Sultanov "Neftçi"nin baş meneceri təyin ediləcək. O, "Sumqayıt"da da bu vəzifəni tutub.
Qeyd edək ki, bu gün Orxan Hüseyzadə "Neftçi"nin, Kamran Quliyev "Sumqayıt"ın prezidenti vəzifəsindən istefa verib. Sonuncu "Neftçi"nin prezidenti təyin edilib.
Fanat.Az