Avropa Liqasında (AL) həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Manuel Fernandeş digərlərindən çox səs toplayıb. Respondetlərin 73%-i portuqaliyalını ən yaxşı sayıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan "Nitsa" – "Lokomotiv” oyununda(2:3) het-trik edən Fernandeş iki rəqibini qabaqlayıb. O, Dortmund "Borussiya"sının hücumçusu Mişi Batşuayini (11 faiz) və "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özili (10 faiz ) böyük fərqlə üstələyib.
Fanat.Az