"Keşlə”nin baş məşqçisi Yuri Maksimov "Kəpəz” üzərində səfər qələbəsini şərh edib.
Fanat.Az xəbər verir ki, Gəncədə 1:0 hesablı qələbə qazanan Bakı təmsilçisinin çalışdırıcısı belə deyib: "İki eyni gücdə komanda oynadı. Stadionun ot örtüyü şərtləri bir qədər ağırlaşdırırdı. Açığı, birinci yarıdan sonra heç-heçə olacağını düşünürdüm. Bəxtimiz gətirdi, qol vurduq. Əvəzləmələrlə hesabı qorumağa çalışdıq. Meydana üç gənc oyunçu buraxdıq. Təcrübəsiz olsalar da, qaçdılar, mübarizə apardılar. Həmkarımı yaxşı komanda formalaşdırdığına görə təbrik edirəm”.
Fanat.Az