"Kəpəz”in baş məşqçisi Yunis Hüseynov "Keşlə”dən aldıqları 0:1 hesablı məğlubiyyətə şərh verib.
Fanat.Az-ın məlumatına görə, mütəxəssis Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində bu gün baş tutan görüş haqda bunları deyib: "Sonuncu pillədən qurtulmaq üçün qələbə qazanmaq istəyirdik. Nəticəyə baxmayaraq komanda yaxşı oynadı. Oyun heç-heçə bitməliydi. Rəqibi təbrik edirəm. Qapımıza bir zərbə vurdular, o da qol oldu. "Keşlə”dən daha çox qol vəziyyəti yaratdıq. Dario bu gün yaxşı görünürdü. Azarkeşlər də onu lazımınca dəstəklədilər. Vinçester hələ tam uyğunlaşmayıb. Ona inanıram. Texnikalı futbolçudu, qollarını vuracaq”.
Fanat.Az