İki illik dialez xəstəliyindən sonra "Mançester Yunayted”in sabiq forvardı Endi Koula bacısı oğlu Aleksandr Palmerin böyrəyi köçürülüb.
Fanat.Az xəbər verir ki, bu haqda "Mirror”a Koul özü məlumat verib: "Xəstəlik məni əldən salmışdı. Çox çətin idi. Ailəm donor tapmaq ümidi ilə bir araya gəlmişdi. Bacım oğlu bu missiyanı yerinə yetirməyə hazır olduğunu dedi. O vaxt onun 27 yaşı var idi. Mənim üçün bu dərəcədə böyük riskin altına girdiyi halda, əməliyyatın uğursuz alına biləcəyindən qorxurdum. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Aleks çox xeyirxah addım atdı. Ömrümün sonuna qədər ona borcluyam”.
Qeyd edək ki, Koul İngiltərə Premyer Liqası tarixinin 3-cü bombardiridi. O, İPL-də 187 qol vurub.
Fanat.Az