Ronaldo: \"Onun arvadı mənim yanımda olsa...\" - FOTOLAR
Braziliyalı Ronaldo "Real"da oynadığı dönəmlə bağlı maraqlı etiraf edib. Fanat.Az xəbər verir ki, veteran futbolçu klub prezidenti Florentino Pereslə aralarındakı dialoqu "El Hormiguero"ya müsahibəsində danışıb:
"Bir gün prezident Peres mənə "Ronnie, niyə evində daha artıq vaxt keçirmirsən? Bax Fiqoya! Həmişə evindədi, həyat yoldaşının yanında". Mən də ona dedim ki, "Fiqonun həyat yoldaşını görürsən? O, mənim arvadım olsa, mən də gecə əyləncələrində gəzmərəm, həmişə evdə oturaram". Sonra Peresin bu dialoqu Fiqoya anlatdıtını eşitdim. Çox təəccübləndim. İnsanlar mənim gecə əyləncələrimi dillərində əzbər etmişdilər. Amma bu əyləncələrin nə qədər mükəmməl olduğunu bilmirdilər. Mənim əyləncələrim çox gözəlidi. Bəziləri hətta vurduğum qollardan da gözəl olurdu".
Qeyd edək ki, hələ də evli olan Luiş Fiqo və Helen Svedin 2001-ci ildə ailə həyatı qurub. Onların 3 övladı var.