AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri "Sumqayıt" - "Neftçi" oyunu ilə bağlı qərar verib.
Oyunun 60-cı dəqiqəsində azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan qovulan "Neftçi"nin futbolçusu Rəşad Sadiqov 3 oyunluq cəzalanıb, klub 1600 manat cərimələnib. "Neftçi" 5 futbolçusu sarı vərəqə aldığından əlavə 800 manat da cərimə edilib.
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov isə texniki zona qaydalarını pozaraq meydandan kənarlaşdırıldığına görə 1 oyunluq cəza alıb. Klub buna görə 800 manat cərimə ödəyəcək.
Fanat.Az