Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün 1 görüş keçirilib. Fanat.Az xəbər verir ki, Moskva ÇSKA-sı "Srvena Zvezda"nı qəbul edib.
15 ildən çoxdu avrokuboklarda müntəzəm iştirak edən komandalar Serbiyada qolsuz bərabərə qaldıqlarından, matçın taleyinə Moskvada aydınlıq gəlib.
Meydan sahibləri Alan Dzaqoyevin ilk hissənin son dəqiqəsində vurduğu yeganə qolla qələbə qazanıb. Bununla da Avropa Liqasında ilk 1/8 finalçı MOİK olub.
Avropa Liqası
2017/18 mövsümü
1/16 final (cavab oyunu)
21 fevral
ÇSKA (Moskva, Rusiya) - Srvena Zvezda (Serbiya) 1:0
Qol: Alan Dzaqoyev, 45+1.
Baş hakim: Jorje Souza (Portuqaliya).
Moskva. "VEB Arena".
Fanat.Az