"Sumqayıt”dan ayrılan baş menecerin - Ceyhun Sultanovun yeri boş qalacaq.
Fanat.Az-a klubdan verilən məlumata görə, Sumqayıt təmsilçisinin sabiq prezidenti Kamran Quliyevin "Neftçi”yə apardığı Sultanova xələf axtarılmır.
Mövsümün sonuna qədər baş menecersiz fəaliyyət göstərəcək "kimyaçılar” 2018/19 "futbol ili” üçün yeni axtarışlara başlaya bilər.
Fanat.Az