"Neftçi" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Bu, Makedoniya millisinin sabiq üzvü İqor Mitreskidir.
Qol.Az saytına bu barədə klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. 35 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli futbolçu 2010-cu ildən "Neftçi"də oynayır.
İdman24.az