Topaz Premyer Liqasının XVII turunda öz meydanında "Sumqayıt”la oynayacaq "Keşlə” hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, ötən tur səhhətindəki problemlərə görə "Kəpəz”lə səfər oyununa (1:0) çıxmayan Pərdis Fərcad-Azad sıraya dönüb. Millimizin 30 yaşlı hücumçusunun sağalması Yuri Maksimov üçün "silah”ın hazır vəziyyətə gəlməsi anlamındadı.
Qeyd edək ki, fevralın 25-də keçiriləcək "Keşlə” – "Sumqayıt” oyunu saat 15:00-da başlayacaq.
Fanat.Az