"Zirə" "Neftçi" ilə oyuna ciddi itkilərlə çıxacaq. Fanat.Az xəbər verir ki, paytaxt klubu 3 legionerinin xidmətindən məhrum olub.
"Qəbələ" ilə oyundakı insidentə görə AFFA tərəfindən 2 oyunluq cəzalandırılan Riçard Qadze və Sadio Tounkara ilə yanaşı, sarı vərəqə limitini dolduran Milan Duriç də matçı buraxacaq.
Həmçinin baş məşqçi Ayxan Abbasov da cəzalı olduğu üçün texniki zonda yer almayacaq. Baş məşqçi "Qəbələ" ilə oyunda stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq cəzalandırılıb, klubu 4000 manat cərimə olunub. Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
Fanat.Az