"Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev Rusiyanın gənclər yığmasında sabiq komanda yoldaşı Ramil Şeydayev haqda danışıb.
Fanat.Az xəbər verir ki, o, futbolçunun hazırki komandasında vəziyyəti haqda açıqlama verib.
"Biz tez-tez ünsiyyətdə oluruq, fərqli mövzularda müzakirələr edirik. Ramilin oynanaması pisdir. Bu yaşda təcrübəni artırmaq üçün çox oynamaq lazımdır. Ehtiyat skamyasında oturmaq pisdir. Əgər Ramil "Qarabağ"da oynamayacaqsa, oradan getsin. Onun 35 yaşı yoxdur axı. Əsas heyətə düşə bilmirsənsə, klubu tərk etməlisən. Düzdü, getmək elə də asan deyil. "Neftçi"yə keçidi ilə bağlı isə, qəliz məsələdi. Ona xeyri olub-olmayacağı haqda nəsə demək çətindir. Ona yaxşı v ya pis olacağı haqda fikir bildirmək çətindir", deyə Quliyev "azərisport"a açıqlamasında bildirib.
Fanat.Az