İspaniya mətbuatı "Atletiko"nun ulduz futbolçusu Fernando Torreslə bağlı gündəmə bomba kimi düşəcək bir iddia ortaya atıb.
Fanat.Az xəbər verir ki, Torres dünyaca məşhur hücumçunun baş məşqçi Dieqo Simyone ilə yola getmədiyi üçün klubla yollarını ayırmaq istəyir. Xəbərə əsasən Antoin Qrizman, Diyeqo Koşta və Kevin Qameyronun kölgəsində qalan futbolçunun rəhbərlik tərəfindən Çin klubu "Dalian Yifanq"a təklif olunduğu bildirilib. Bu mövsüm meydana çıxdığı 28 matçda 5 qol vuran Torresin klubla müqaviləsi mövsümün sonunda bitir.
Fanat.Az