18:41 25.02.2018 2136

"Qarabağ" "Kəpəz"i çətinliklə yendi, "Keşlə" uduzdu

Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, dünən olduğu kimi, bugünkü 2 qarşılaşma da Bakıda oynanılacaq.

İlk olaraq "Keşlə” ilə "Sumqayıt” meydana çıxıb. Yuri Maksimovun baş məşqçi postuna gəlişindən sonra məğlubiyyətsiz irəliləyən bakılılar 6-cı pillədəki "Səbail"lə xal fərqini qorumaq imkanından yararlanmalıydı. Mükafatlar uğrunda mübarizəyə qoşulmaq əzmində olan "gənclik şəhəri” təmsilçisi isə ardıcıl ikinci qələbəsini qazanmaq niyyətindəydi. "Zirə"nin bu turda büdrəməsi "Sumqayıt" üçün əlavə stimul sayılırdı.
 
Baş məşqçi Samir Abasov məlum cəza üzündən texniki zonada gözə dəyməsə də, qonaqlar planlarını həyata keçirməyi bacarıb. Rail Məlikovun avtoqolu belə, paytaxta qələbə dalınca yollanan sumqayıtlılara əngəl olmayıb - 1:2.

Tura liderin oyunu ilə yekun vurulub. Ardıcıl 5-ci çempionluq üçün mübarizə aparan "Qarabağ” "Kəpəz”i sınağa çəkib. 6 matçdı xala həsrət qalan qərblilər sensasiyaya ümid etsələr də, son 8 görüşdə uduzmayan Ağdam təmsilçisi buna imkan verməyib. "Qəbələ"nin uduzmasından yararlanan ağdamlılar matçın sonlarında vurduğu tək qolla autsayderin müqavimətini qırıb.

Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Səbail" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib, "Neftçi" və "Zirə" "sülh"ə razılaşıb.

Topaz Premyer Liqası
2017/18 mövsümü
III dövrə, XVII tur

25 fevral
Keşlə - Sumqayıt 1:2
Qollar: Rail Məlikov, 12 (avtoqol) - Tural Axundov, 2-pen. Rəşad Eyubov, 90.
Keşlə: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 14. Andre Klennon, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Yuri Maksimov.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun  Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 70. Ülvi İsgəndərov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 9. Amil Yunanov, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 32. Rəşad Eyubov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov. 
Məşqçi: Seymur Rəhimov.
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Vüsal Əliyev.
İlk iki dövrədəki oyunlar - 1:1, 1:3.
"İnter Arena". 

Qarabağ - Kəpəz 1:0
Qol: Almeyda, 85
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 77. Donald Qerye, 70. Nicat Süleymanov, 98. Ruslan Hacıyev, 90. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 22. Sergey Litovçenko,15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 18. Tural Cəlilov, 4. Şəhriyar Əliyev, 91. Dario Federiko, 16. Quili Mandqaladze, 48. Dieqo Qusmao, 8. Samir Zərgərov, 20. Tərzin Cahangirov, 9. İlkin Sadıqov.
Ehtiyat oyunçular: 1.Davud Kərimi, 55. Tərlan Qasımzadə, 10. Tural Rzayev, 5. Tural Nərimanov, 7. Roman Hüseynov, 3. Dedimar Ferreyra, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 21. Murad Səttarlı, 12. İlyas Səfərzadə.
Baş məşqçi: Yunis Hüseynov.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
İlk iki dövrədəki oyunlar - 2:0, 2:0.
"Azərsun Arena”.
 
"Qarabağ" "Kəpəz"ə, "Sumqayıt" "Keşlə"yə qarşı - YENİLƏNİR

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

17

14

2

1

27:6

44

2

Qəbələ

17

11

2

4

31:17

35

3

Zirə

17

9

5

3

26:15

32

4

Sumqayıt

17

8

3

6

22:19

27

5

Neftçi

17

6

2

9

19:19

20

6

Səbail

17

5

2

10

12:24

17

7

Keşlə

17

3

3

11

12:27

12

8

Kəpəz

17

2

1

14

10:32

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 11.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X