Topaz Premyer Liqasının XVII turunun "Qarabağ” – "Kəpəz” matçının protokolunda dəyişiklik edilib.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, oyundakı yeganə qol Riçard Almeydanın deyil, Mahir Mədətovun adına yazılıb.
Bu dəyişiklik baş hakim Orxan Məmmədovun raportuna əsasən edilib.
Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Fanat.Az