21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, martın 27 Dublinin "Talla” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, 5 oyuna 1 xal toplayan millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Fanat.Az