"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın Qazaxıstanın "Aktobe" klubuna keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı hücumçu ilə müqavilə imzalanıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, 2013-16-cı illərdə Ağdam klubunda çıxış edən Reynaldo ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.
Fanat.Az