Bu qış "Keşlə”nin baş məşqçi postuna gətirilən Yuri Maksimovun paytaxt klubundakı fəaliyyəti uzun sürməyib.
Fanat.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu gün ukraynalı mütəxəssis futbolçularla toplantı keçirib və onlarla vidalaşıb.
Belə ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundov ona işləməyə imkan vermir, müdaxilələr edir. Bu üzdən də Maksimov istefa vermək məcburiyyətində qalıb.
Maksimovun səbr kasasını daşıran isə Axundovun Premyer Liqanın XVII turunda keçirilmiş "Sumqayıt”la ev oyunundan sonra baş məşqçinin fikrini soruşmadan, maraqlanmadan iki gənc futbolçunu – Rafael Məhərrəmli və Əlibəy Məmmədlini əvəzedici komandaya göndərməsi olub.
Bütün bunlara görə bu gün komanda üzvləri ilə görüşən Maksimov onlarla vidalaşdıqdan sonra Ukraynaya qayıdacağını açıqlayıb.
Fanat.Az