17:49 01.03.2018 1732

Əmrah Çəlikəl: "Əsas transferlərimizi yayda reallaşdıracağıq"

"Qarabağ"ın direktoru Əmrah Çəlikəlin "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasının sonuna 11 tur qalmış "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"dən 9 xal öndədir. Demək olarmı ki, klubunuz ardıcıl 5-ci mövsüm çempionluğu təmin etməyə çox yaxındır?
- Hələ cəmi 17 tur arxada qalıb. Bu baxımdan, indiki durumda 9 xallıq fərq çempionluq demək deyil. Ümumiyyətlə, bu barədə danışmaq çox tezdir. Bu, bizi motivasiyamızdan yayındıra bilər. "Biz böyük uğur əldə etmişik və artıq çempion olmuşuq" deyə bilmərik. Komandada hər şey qaydasındadır. Düşünürəm ki, belə də davam edəcək. Daha sonra isə istədiyimiz nəticəni əldə edə bilərik.

- Komandanız qışda demək olar ki, transfer etmədi. Bu, hazırki heyətin yetərli olmasından irəli gəlir yoxsa, istədiyiniz futbolçularla danışıqlar baş tutmadı?
- Transfer işlərimizi gizli saxlayırıq. Bu barədə danışmaq istəmirik. Ancaq nəticə əldə etdikdən sonra məlumat veririk. Transfer etmədik, çünki bu səlahiyyət baş məşqçimiz Qurban Qurbanovdadır. O istəməsə, etiraz etmirik. Qurban müəllim ehtiyac görməyibsə, deməli, komandada hər şey qaydasındadır. Bu, o dəmək deyil ki, futbolçu tapa bilmədik. Hər hansı çatışmazlıq və oyunçu əksikliyi barədə danışmağımız düzgün olmaz.

- Bir neçə futbolçunun adı komanda ilə hallanırdı. Daha çox zimbabveli hücumçu Xama Billiatın transferi gündəmdə idi...
- Biz mütəmadi olaraq, futbolçularla danışıqlar aparır, görüşürük. Transfer üçün aktiv görüşlər reallaşdırırıq. Bu transferlərdən alınanı da olur, alınmayanı da. Bəzən də uzun müddətə baş tutur. Adlar barədə danışmaq istəmirəm. Biz həmişə klubun ehtiyacı və baş məşqçinin istəyinə görə transfer barədə nələrsə etməyə çalışırıq.

- Bəlkə bütün gücünüzü yay transfer pəncərəsinə yönəltmisiniz ki, avrokuboklarda daha iddialı çıxış edəsiniz?
- Çox güman ki, belə də olacaq. Hazırda transfer etmək, azad agent statusuna malik futbolçu tapmaq çətindir. Düşünürəm ki, əsas transferlərimizi yayda reallaşdıracağıq.

- Qışda Dino Nlovu və Tarık Elyunussi komandadan ayrıldı. Bu futbolçuların yoxluğu hiss olunur?
- Mən elə düşünmürəm. Komandadakı futbolçulara baxırıq. Yenə qeyd etmək istəyirəm ki, baş məşqçimiz razıdırsa, biz də razıyıq. Hazırda belə bir problemimiz yoxdur. Komandadan gedən oyunçulara da uğurlar arzulayıram.

- Qış fasiləsindən sonra "Qarabağ" 3 oyunda cəmi 2 qol vura bilib. Bu, hücumdakı sıxıntıdan xəbər vermir?
- Bunu zamanla daha aydın şəkildə görəcəyik. Məncə, daha yaxşı olacaq.  

- Bəs Ramil Şeydayevin durumu barədə nə deyə bilərsiniz? Milli komandada çıxış edir. Gənc və istedadlı futbolçulardan hesab edilir. "Qarabağ"ın heyətində şans qazansa da özünü yaxşı tərəfdən göstərə bilmir...
- Bunlar texniki suallardır. Mənim bu haqda danışmağım həm mümkün deyil, həm də düzgün olmaz. Onu deyə bilərəm ki, Ramili bizim istədiyimiz futbolçudur. Milli komandanın da üzvüdür. Hər bir oyunçunun çətinlik çəkdiyi vaxtları olur. Belə vaxtlarda biz ona dəstək olmalıyıq. Hamımız qara zolaqdan çıxması üçün Ramilə kömək etməliyik.



- Bir neçə gün öncə klubunuzun vitse-prezidenti Tahir Gözəl futbolçularla görüş keçirdi və komandanın qarşısına yeni tapşırıqlar qoydu. Bu vəzifələrdən biri, yəqin ki, Çempionlar Liqasına vəsiqədir. Yeni formatda isə qrupa düşmək bir az çətinləşib...
- Tahir bəy mütəmadi olaraq komanda ilə görüşür və hər şeyi nəzarətdə saxlayır, hər zaman öz tapşırıqlarını verir. Biz isə hədəflərə çatmaq üçün əlimizdən gələni edirik. Hər il olduğu kimi, bu il də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bunu zamanla görəcəyik. Hara kimi gedə bilsək, komandanı ora kimi aparmaq istəyirik. Çempionlar Liqasında isə sistem dəyişib. Amma bizim hədəflərimiz dəyişməməlidir ki, ən yüksək zirvələrə çıxa bilək.

- Tahir Gözəl həm də klubunuzun gənclərə üstünlük verəcəyini söyləyib. Bu isə birmənalı qarşılanmayıb...
- O, həmişə azərbaycanlı gənclərin yetişdirilməsinə diqqət göstərilməsini tələb edir. Bu, bizim yeni hədəfimiz deyil. İllər öncə bu tapşırıq bizə verilib. Bu barədə də əlimizdən gələni edirik.

- Klubun büdcəsində bir dəyişiklik yoxdur?
- Büdcəmizdə hər hansı dəyişiklik yoxdur. Hər şey qaydasındadır. Biz yenə ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün çalışacağıq.

- Son olaraq infrastrukdur barədə danışmağınızı istərdik. Klub bu mövsüm 3 stadiondan istifadə etdi. Onlardan hansını gələn mövsüm avrokublar üçün sifariş edəcəksiniz? 
- Bu barədə tələsmək istəmirik. Hazırda bütün stadionlar yaxşı vəziyyətdədir. Hamısından istifadə oluna bilər. Buna qərar vermək üçün ilk növbədə, avrokuboklara vəsiqə qazanmaq lazımdır. Ondan sonra ən düzgün qərarı verəcəyik.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X