"Real”ın braziliyalımüdafiəçisi Marselo zədəsini sağaldaraq sıraya dönüb.
Fanat.Az "Marka”ya istinadən xəbər verir ki, "sambaçı” kollektiv məşqlərə qoşulub. Klubun həkimləri arxa xətt oyunçusununÇempionlar Liqasının 1/8 final matçının cavab oyununda PSJ-yə qarşı oynaya biləcəyini deyib. Bu, baş məşqçi Zinəddin Zidan üçün yeganə xoş xəbər deyil. Müayinələrə əsasən zədədən dönən daha iki futbolçunun da sağlıq durumu qaydasına düşüb. Belə ki, Parisdəki görüşdə Toni Kroos və Luka Modriçin də meydana çıxmasıyla bağlı problem olmayacaq.
Xatırladaq ki, tərəflər arasında Madriddə baş tutan birinci görüşdə "Real” 3:1 hesablı qələbə qazanıb.
Fanat.Az