13:38 02.03.2018 1471

“Əsas hədəfimiz kubokun qalibi olmaqdı” - MÜSAHİBƏ

"Sumqayıt”ın müdafiəçisi Rail Məlikov müsahibə verib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu sosial şəbəkələrdən ünvanlanan sualları cavablandırıb.

- Niyə məhz "Sumqayıt”ı seçdiniz?
- Komandanın qarşısına qoyulmuş məqsədi var idi. Milli komandada birlikdə oynadığım Samir Abasov da komandanın baş məşqçisi olduğu üçün həm ona kömək etməyə, həm də yaxşı bir komanda ərsəyə gətirməyə görə "Sumqayıt”ı seçdim.

- Gənc və istedadlı oyunçulardan qurulmuş komandanız var. Əsasən bəxtsizlik və sadə səhvlər ucbatından qol buraxırsınız. Bunu nə ilə əlaqələndirərdiniz?
- Futbol səhvlər üzərində qurulub. Bəxtsizlik ucbatından qol buraxanda da insan qarşısına məqsəd qoyur və öz üzərində işləyərək, səhvlərini aradan qaldırmağa çalışır.

- Sizi bu kluba bağlayan nədi?
- Artıq 2 ildi ki, bu klubdayam. Komandada adi işçisindən tutmuş azarkeşinədək gözəl bir ailə ortamı var. Məni bura bağlayan səbəblərdən biri və hətta birincisi də elə budu.

- Premyer Liqada hansı komandalara qarşı oynayan zaman daha çox həyəcan keçirirsiz?
- "Neftçi”yə qarşı oyunlarda məsuliyyətim daha da artıq olur. Çünki 5 il şərəfini qoruduğum komandanın 3 il kapitanı olmuşam. "Neftçi” ilə oyunlarda zəif təsir bağışlamaq istəmirəm.

- Ən bəyəndiyin müdafiəçi?
- Uşaqlıqda "Milan”ın əfsanəsi Paolo Maldininin azarkeşi olmuşam. Bir də "Bavariya”nın sağ cinah müdafiəçisi Samuel Kuffurun oyununu çox bəyənirdim.

-"Sumqayıt”da oynamasaydız, hansı komandanı seçərdiz?
- Yenə də "Sumqayıt”ı seçərdim.

- Premyer Liqada ən çəkindiyiniz futbolçu kimdi?
- Çəkindiyim oyunçu yoxdu. Lakin bəzi hücumçular var ki, onlara qarşı oynamaq çətin olur.

- Saç ustanıza nə qədər pul verirsiz?
- Saç ustam Fəriddi. Sumqayıta gələndən saçlarımı onə əmanət etmişəm. 20 manata saçlarımı qaydasına salır.

- Türkiyədə hansı kluba azarkeşlik edirsən?
- İlyarım Türkiyədə "Dənizlispor”da çıxış etmişəm. Buna baxmayaraq, Türkiyənin heç bir klubuna azarkeşlik etmirəm. "Beşiktaş"ın sərgilədiyi futbolu isə bəyənirəm.

- "Barselona”, yoxsa "Real”?
- "Barselona”.

- "Sumqayıt” deyiləndə ağlınıza ilk nə gəlir?
- Gənc və istedadlı futbolçulardan qurulmuş komanda.

- Komandada sizə ən yaxın olan futbolçu?
- Buradakı futbolçuların hamısı mənə yaxındı. Lakin ən birinci Fərhad Vəliyevlə məşqçi Samir Abasovu tanımışam. Millidə illərlə çiyin-çiyinə oynamışıq.

- Sumqayıt azarkeşləri sizə yaxşı dəstək ola bilirlər?
- Mənə görə çempionatda sidq-ürəkdən komandasını dəstəkləyən azarkeşlər "Sumqayıt”ın azarkeşləridi. Vaxtı ilə Lənkəranda, Tovuzda, hazırda isə Gəncədə də böyük azarkeş kütləsi olur. Amma bizim azarkeşlərimiz qədər ürəkdən komandaya bağlı olan ikinci bir kütlə görməmişəm. Biz də əlimizdən gələni edirik ki, hər oyunda onları qələbə ilə sevindirək. Bizim qazandığımız hər bir uğurda onların böyük rolu var.

- Dünyada ən çox çıxış etmək istədiyiniz klub?
- Uşaqlıqdan "Bavariya” azarkeşiyəm. Həmişə özümü bu klubda görmək istəmişəm. Arzularımdan biri də "Neftçi”də oynamaq idi, artıq o istəyimə çatmışam (gülür).

- "Sumqayıt” Azərbaycan kubokunu götürüb Avroliqaya vəsiqə qazana biləcək?
- Çempionatda da yer tutmaq istəyirik, amma əsas hədəfimiz kubokun qalibi olmaqdı. Azərbaycan kubokunu qazanaraq tarixdə bir ilki reallaşdırmaq istəyirik və Sumqayıt camaatına bu sevinci yaşatmaq ən böyük arzumuzdu. Çünki bu klub, bu şəhər möhtəşəm uğurlara layiqdi.

- "Sumqayıt”ın məşqçisi olsaydınız, hansı mövqeyi gücləndirərdiz?
- Mənə görə "Sumqayıt”ın heç bir mövqeyini gücləndirməyə ehtiyac yoxdu.

- Gənclərlə ayaqlaşa bilirsiz?
- Bu sualı gənclərə ünvanlasanızŞ daha yaxşı olar. Bu kluba gələn gündən özümü ailə ortamında hiss etmişəm. Gənc futbolçularımız da böyük-kiçik yeri bilirlər, böyüklərin sözünü yerə salmırlar.

- Azərbaycanın ən güclü qapıçısı, yarımmüdafiəçisi və hücumçusu?
- Hazırda ən güclu qapıçı Fərhad Vəliyevdi. Çempionatın ən yaxşı formada olan, stabil qapıçısıdı. Yarımmüdəfiəçi Qara Qarayev, Rəşad Eyyubov və Cavid İmamverdiyev, hücumçu isə Mahir Mədətov və Amil Yunanovu qeyd edərdim.

- Azərbaycanın ən potensiallı mərkəz müdafiəçisi?
- Gələcəyə böyük ümidlər verən müdafiəçi kimi Bəhlul Mustafazadəni görürəm. Onun xarici klubların birində çıxış etməsini çox istəyirəm. Çünki xaricdə oynasa, daha da irəli gedə və ölkəmizi layiqincə təmsil edə bilər. Bunu onun özünə də demişəm.

- Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
- Açığı, bu barədə heç fikirləşməmişəm.

- Sonda "Sumqayıt” azarkeşlərinə sözünüz nədi?
- Bir nömrəli azarkeşlərimizə sözüm odu ki, həmişə bizi belə dəstəkləsinlər, bizimlə birgə nəfəs alsınlar. Çünki bizim onların dəstəyinə ehtiyacımız var. Sumqayıt camaatının hər oyunda bizə dəstək olmasına çox sevinirəm. Sonuncu matçda "Keşlə” səfərində az sayda olsalar belə, biz özümüzü rəqib meydanında hiss etmədik. Uğurlarımızda ən böyük pay sahibi azarkeşlərimizdi. Onlarla fəxr edirik. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X