Kosovo Superliqasında 21-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, həmyerlimiz Amit Quluzadənin şərəfini qoruduğu "Drita” səfərdə "Trepça 89”la üz-üzə gəlib. Amit 1:1 hesabıyla bitən matçın 46-cı dəqiqəsində meydana çıxıb və final fitinədək oynayıb.
Qeyd edək ki, bu bərabərlik sayəsində Quluzadənin komandası sabah oynayacaq "Priştina”nı 1 xal qabaqlayaraq ən pis halda 1 günlük liderliyə yüksəlib.
Fanat.Az