Premyer Liqanın XVIII turunda "Keşlə"ni qəbul edəcək "Zirə" meydana ciddi itkilərlə çıxacaq. Fanat.Az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov 6 futbolçunun xidmətindən məhrum olub.
Riçard Qadze, Sadio Tounkara və İlkin Muradov cəzalıdı. İlk iki futbolçu "Qəbələ" ilə oyundakı dava-dalaşa görə 2 oyunluq cəzalanıb və cəzaları bu turda başa çatacaq. İlkin isə "Neftçi" ilə oyunda meydandan qovulduğu üçün 1 oyunluq cəza alıb.
Orxan Əliyev, Anar Nəzirov və Jozef Bum isə zədə səbəbindən meydana çıxmayacaq. Orxan yenidən zədələnib, Anar və Jozef isə oynamağa hazır deyil.
Qeyd edək ki, martın 4-də keçiriləcək "Zirə" - "Keşlə" matçı saat 18:00-da start götürəcək.
Fanat.Az