Araz Abdullayev qol vurdu, komandası xal qazandı - VİDEO
Cənubi Kipr çempionatında XXVII turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Araz Abdullayevin çıxış etdiyi "Anortosis” səfərdə AEK-lə qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Start heyətində yer alan Araz 33-cü dəqiqədə hesabı açıb. Amma komandası üstünlüyü qoruya bilməyib və meydandan bir xalla ayrılıb.
Bu Arazın "Anortosis”in heyətində keçirdiyi 21-ci qarşılaşma olub. O, Cənubi Kipr klubunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 27 oyunda 57 xal toplayan "Anortosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və "Apollon"dan 7, APOEL-dən 6xal geri qalır.